"Xəzər Lənkəran"da yoluxucu xəstəlik

"Xəzər Lənkəran"ın 14 yaşadək futbolçulardan ibarət komandasının UGİM-lə Azərbaycan çempionatının oyununa getməməsinin səbəbi açıqlanıb. 
 
Newsport.az-ın məlumatına görəbu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Onun sözlərinə görə, səfər ərəfəsində əvvəlcə 4 futbolçuda suçiçəyi askarlanıb. Gecə isə daha 2 futbolçunun hərarəti qalxıb. Həkimlər onların da suçiçəyi keçirmə ehtimalının yüksək olduğu qənaətinə gəliblər. Nəticədə komandanın səfərə yollana bilməyəcəyi haqqında AFFA-ya bilgi verilib. Butun komanda üzvləri isə müayinə olunub. 
 
Klub rəsmisinin sözlərinə görə, hazırda uşaqlar evdə müalicə alırlar: "Bu xəstəliyə görə xəstəxanaya yerləşdirilmə mütləq göstəriş deyil. Mingəçevirə getməməyimizdə başqa səbəb yoxdur. Cünki bir gün sonra digər yas qrupumuz Bakiya yola salinib ve matcini kecirərək, geri qayıdıb".
 
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"ın U-14 komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right