"Kəpəz" başladı: Dario son turda oynayacaq?

Azərbaycan Premyer Liqasının XXVIII turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” bu gündən məşqlərə başlayıb.

Newsport.az-ın məlumatına görə, ötən tur AZAL üzərində qazanılan qələbədən sonra bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən və istirahət edən komanda qarşıdakı görüşə paytaxtda hazırlaşacaq.

Gəncə təmsilçisi "İnter"lə oyunun hazırlıqlarına itkisiz start verib. Komandanın baş məşqçisi Şahin Diniyev saytımıza açıqlamasında bildirib ki, yüngül zədəsi olduğu üçün AZAL-la matçı buraxan Dario Frederiko da artıq komanda ilə birgə məşqlərə start verib. 

Qeyd edək ki, "Kəpəz" - "İnter" oyunu aprelin 29-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right