"Sumqayıt" Fərhadla yollarını ayırır

"Sumqayıt"ın mövsümün sonunda heyətdən göndərcəyi futbolçulardan birinin adına aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, "kimyaçılar" qış transfer dönəmində müqavilə imzaladığı Fərhad Qıstarovla yolları ayıracaq. 23 yaşlı rusiyalı yarımmüdafiəçinin oyunu Samir Abasovu qane etmir. Bu səbəbdən onun müqaviləsinə xitam veriləcək.

 

Qeyd edək ki, Qıstarov "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klubların şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right