"Zirə"nin futbolçusu üçün mövsüm başa çatdı

"Zirə" Premyer Liqanın sonuncu - 28-ci turuna ciddi itkiylə çıxacaq.

Newsport.az xəbər verir ki, "qartallar"ın yarımmüdafiəçisi Vüqar Mustafayev cəzalı duruma düşüb. Gənc futbolçu "Neftçi" ilə qarşılaşmada (2:2) sarı vərəqə alaraq cəzalı duruma düşüb. Mustafayev mövsüm ərzində 3-cü dəfə bu halla üzləşib. Yarımmüdafiəçi cari mövsümdə 12 dəfə sarı vərəqə alıb və bu göstəricidə hamını qabaqlayır.

Qeyd edək ki, AZAL - "Zirə" matçı aprelin 29-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right