"İnter” fəaliyyətini davam etdirəcək. Üstəlik avrokuboklarda da iştirak edəcəyik. Bundan tam arxayın ola bilərsiniz”.
Newsport.az-ın məlumatına görə, bu barədə "İnter”in rəhbəri Rəmiş Malıyev məlumat verib. Malıyev komanda ilə müqaviləsi olan futbolçuların "İnter”də saxlanılacağını deyib. O, "transfer qadağası"nın da aradan qalxması üçün çalışdıqlarını söyləyib: "Mayda "transfer qadağası”nı həll etməyə çalışacağıq.
Müqaviləsi başa çatanlar "İnter”dən ayrılacaq, müqaviləsi olanlar isə komandada qalacaq. Bəli, istəyirik ki, müqaviləsi olanları komandada saxlayaq”.