"Qəbələ" və "İnter" medallarına qovuşdu

Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün bütün medalçıları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, mövsümü çempion kimi “Qarabağ” tamamladığı halda “Qəbələ” gümüş, “İnter” isə bürünc medallara sahib oldu. 2-ci və 3-cü yerin sahibini bu gün keçirilən “Qəbələ” – “İnter” görüşünün nəticəsi müəyyənləşdirdi. Meydan sahibi oyunda 4-3 hesabı ilə qələbə qazanaraq ikinciliyi özü üçün təmin etdi.

Oyundan dərhal sonra “Qəbələ” gümüş, “İnter”ə isə bürünc medallarına qovuşdu. Mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim etdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right