Zaur Svanadze: "Sonrasına da baxarıq"

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ” “İnter”i məğlub edib – 4:3.

Newsport.az-ın məlumatına görə, “bakirlər”in baş məşqçisi Zaur Svanadze oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Düzünə qalsa, bizə ilk hissədə çətin idi. Biz özümüz məğlubiyyətə hazır idik. Zədələr çox idi. Heyətdə itkilər var idi. Uşaqlar yorğun idi. Hamımız məmnunuq. Bürünc qazandıq. Növbəti oyuna hazırlaşacağıq. Sonrasına da baxarıq.

- Bu oyunu mövsümün oyunu adlandırmaq olar?

- Hesab etmək olar. Uşaqlar rahat oynadı. Açıq oyun getdi. Əslinə qalsa, 4 qol buraxmaq istəməzdim. Buraxılan qolları hədiyyə etdik. “Qəbələ”nin daha yaxşı epizodları da var idi. Daha yaxşı qollar vura bilərdi. Düşünürəm ki, bunlar hamısı yorğunluqla bağlıdı.

- Futbolçularınızın çoxusu komandanı tərk edəcək? Fikriniz nədi?

- Futbolçularımı istəyirlər. Nizami 99 faiz “Neftçi”dədi. Bəzi futbolçular dəqiq gedəcək. Unutmamışdan qabaq təşəkkür etmək istəyirəm. Bu işi Nikolov başladı. Ondan sonra gələn bütün rəhbərlik komanda üçün çalışıb. Hamı əziyyət çəkib komanda üçün. Ümid edirəm bundan da yaxşı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right