Rəşad Sadiqov: "Kuboku qazanmağa çalışacağıq"

"Biz bu il qarşımıza çempionluq hədəfi qoymuşduq".

Newsport.az-ın məlumatına görəAzərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində “İnter”lə qarşılaşmadan sonra (4:3) jurnalistlərin suallarını cavablandıran Sadiqov maraqlı fikirlər səsləndirib.

 

O, əvvəlcə ikinci yeri tutmaqlarına toxunub. Rəşad bu nəticədən razı qalmayıb: “Gümüş medal qazandıq. Əlbəttə ki, bu, şirin yox, acı gəlir. Çünki çempionluğa oynayırdıq. Sadəcə, səhvlərə yol verdik. Öz səhvlərimizdən ikinci yeri tutduq. Düzdü, “Qəbələ” tarixi ərzində ilk dəfədi ki, gümüş medal qazanır. Amma biz bu il qarşımıza çempionluq hədəfi qoymuşduq. Əvəzində kuboku qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

 

Son vaxtlarda olduğu kimi, “İnter”lə görüşü də mərkəz müdafiəçisi kimi keçirən Sadiqov bu məqama da toxunub. O, qapı və hücumdan başqa istənilən mövqedə oynamağa hazır olduğunu dilə gətirib: “Mənim işim futbol oynamaqdı. Məşqçi hansı mövqedə oynamağı tapşırsa, orda əlimdən gələni edəcəm. Məşqdə demişəm ki, qapı və hücum xəttindən başqa harda desələr, oynamağa hazıram (gülür). Futbolçu peşəkar olmalı, 3-4 mövqedə oynamalıdı. Boynuma alıram ki, sırf hücumçu kimi isə oynaya bilmərəm”.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right