"Çempionluq həll olunsa da..." - Qurban Qurbanov

"Komandamı təbrik edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ı qəbul edən Ağdam təmsilçisi meydanı 2:1 hesablı qələbə ilə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov oyunu dəyərləndirib: “Çempionluq həll olunsa da, futbolçular sona qədər oynadılar. Xüsusən də, ikinci hissədə özlərini ələ alıb, daha yaxşı oynadılar. “Sumqayıt” çox yaxşı komandadı. Samir Abasov əlində olan heyətdə hər bir komandaya qarşı layiqli oyun göstərdi. Nəticələri də pis deyil. Azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right