Ayxan Abbasov: "Bu, istənilən məşqçinin başına gələ bilər"

Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudu, qarşıda daha 1 oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi".

- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?

- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdi. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparcağıq.

- Əvvəlcədən bilsəydiniz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiz?

- İlk olaraq onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdi. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. Bilmirəm. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right