Abdullayev limiti pozması haqda: "Bunu texniki qüsur adlandırardım"

Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi".

- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?

- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.

- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.

- Kuluarlarda belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndəniz limiti pozduğunuzu xəbər verib...

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.

- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?

- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik,daa yaxşı olardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right