"Qarabağ" "Sumqayıt"ı, "Kəpəz" AZAL-ı məğlub etdi, Zirədə bərabərlik YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə keçirilməli olsa da, sonradan təqvimdə dəyişiklik edilib.

Bu da mükafatçı komandalara medalların təqdim olunması ilə bağlıdı. Nəticədə "Qəbələ" - "İnter" oyunu planlaşdırıldığından 1 gün sonraya keçirilib. Peşəkar Futbol Liqasının rəhbərliyi sabah "Qarabağ"a qızıl medallarla çempionluq kubokunu təqdim edəndən sonra ertəsi Qəbələyə səfər edərək gümüş və bürünc medalları sahiblərinə təqdim edəcək.

Təbii ki, bunun üçün "Qəbələ"nin evdə uduzmaması lazımdı. Roman Qrioqrçukun komandasına gümüş medalı rəsmiləşdirmək üçün 1 xal da yetərlidi.

Mükafatçılar artıq müəyyənləşdiyindən əsas diqqət avrokuboklara son vəsiqənin - 4-cü yerin sahibinin kim olmasına yönəlib. Bu mübarizədə əsas iddiaçılardan "Zirə" ilə "Neftçi"nin görüşü turun mərkəzi matçı olacaq. "Ağ-qaralar" çempionatda hələ məğlub etmədiyi, səfərdə qol vura bilmədiyi "Zirə" ilə üzləşəcək. Elxan Abdullayevin komandasına şansını son tura saxlamaq üçün mütləq qələbə lazımdı. 

23 aprel (bazar)

17:00. “Qarabağ” - “Sumqayıt”  - 2:1
Qol: 
Muarem, 12 (1:0), Elşən Abdullayev, 82 (2:0), Amil Yunanov, 84 (2:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Azersun Arena”


17:00. AZAL - “Kəpəz” - 1:2 
Qol: 
Serjio Kosta, 35 (0:1), 41 (0:2), Frank Madu, 82 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
“AZAL Arena”

17:00. “Zirə” - “Neftçi”  - 2:2 
Qol: 
Herrera, 34, (0:1), Təmkin Xəlilzadə, 42 (1:1), Riçard Qadze, 63 (2:1)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
Zirə Olimpiya İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right