"Zaqatala"da istefa

Azərbaycanın çempionatının I Divizionunda mübarizə aparan "Zaqatala" klubu baş məşqçisi Şaban Şirdanovla yollarını ayırıb. 

Newsport.az saytının məlumatına görə, bu barədə məlumatı Futbol11.az saytına açıqlamasında klubun idman direrktoru Bəxtiyar Musayev verib. O, bildirib ki, Şirdanovun istefaya göndərilməsinə klubun uğursuz çıxışı səbəb olub. Klub rəsmisi yeni baş məşqçinin kimliyi ilə bağlı hələlik müzakirə aparmadıqlarını sözlərinə əlavə edib.

 

Qeyd edək ki, "Zaqatala" çempionatın sonuna 1 tur qalmış turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right