"Neftçi"nin muzeyi açılıb

Bu gün “Bakcell Arena”da “Neftçi” Peşəkar Futbol Klubunun muzeyinin və fan şopunun açılış mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görəTədbirdə AFFA-nın, Peşəkar Futbol Liqasının və “Neftçi” PFK-nın rəhbərliyi, futbol ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak edib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev muzeyin rəmzi qırmızı lentini kəsib. Tədbir iştirakçıları muzeylə və fan şopla tanış olduqdan sonra “Neftçi”nin aşağı yaş qruplarına aid oğlanlardan və qızlardan ibarət komandalarının məşqini izləyib, xatirə şəkli çəkdiriblər.






Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right