“Növbəti Premyer Liqada neçə komandanın oynayacağını bilmirik” – Rövnəq Abdullayev

Növbəti Azərbaycan Premyer Liqasında neçə komandanın oynayacağı hələ dəqiqləşməyib.

Newsport.az-ın məlumatına görə, bu haqda bu gün jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev bildirib.  Onun sözlərinə görə, bununla bağlı müzakirələr mövsüm yekunlaşdıqdan sonra aparılacaq və müvafiq qərar veriləcək:

“Qaydalara əsasən, AZAL sonuncu yeri tutduğudan yüksək liqanı tərk etməlidir. Əgər I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə gedəcək. Aşağı liqadan neçə komandanın elitaya qalxacağını isə hələ bilmirik”.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right