FİFA-dan "Qarabağ"a təbrik

“Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb.

Newsport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

FİFA-nın prezidenti “Qarabağ”a daha böyük uğurlar arzulayıb.

 
 

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz