Prosineçki təkzib etdi, agenti təsdiqlədi

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin agenti Yaşar Çalşır xorvatiyalı mütəxəssislə İspaniyanın "Valensiya" klubunun maraqlandığını növbəti dəfə təsdiq edb. 

Newsport.az saytının məlumatına görə, Çalışır İspaniya mətbuyatına açıqlamasında məsələyə belə münasibət bildirib: "Bəli, "Valensiya" Robert Prosineçki ilə danışıqlarda maraqlıdır. Klubun idman drektoru bu barədə mənə şəxsən məlumat verib. Amma daha ətraflı danışa bilməyəcəm". 

Bir neçə gün əvvəl isə xorvatiyalı çalışdırıcı açıqlamasında bu iddiaları təkzib etmişdi.

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi 2017-ci ilin dekabr ayınadək nəzərdə tutulub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right