Qriqorçukun illik qazancı açıqlandı 1 milyon

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb. 

Newsport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis ildə bir milyon dollar civarında gəlir əldə edir. Bunu bir müddət öncə Qriqorçukla danışıqlar aparan Litva Futbol Federasiyasının baş katibi Yanis Majetskis deyib: "Qriqorçkla maaş məsələsində heç bir danışığımız olmadı. Ancaq qeyri-rəsmi mənbələrdən eşitdim ki, o, ildə bir milyon dollar civarında gəlir əldə edir".

Baş katib bildirib ki, yığmanın yeni baş məşqçisi Aleksandr Starkovun gəliri Qriqorçukun gəlirindən 10 dəfə azdı: "Məncə, bizim qurum baş məşqçiyə 1 milyon dollar verə bilməz. Starkova 10 dəfə az məbləğdə maaş verəcəyik". 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən "Qəbələ"də çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right