"Qəbələ" "Apollon"la heç-heçə etdi

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə start verilib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öncə “Apollon” (Yunanıstan) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. “Qırmızı-qaralar”ın heyətində Samir Məhərrəmli fərqlənib.

B qrupunda mübarizə aparan “Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, komanda sabah keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right