"Qarabağ" - "Qəbələ" finalını idarə edəcək hakim müəyyənləşib

"Qarabağ"la "Qəbələ" arasında keçiriləcək Azərbaycan kubokunun final oyununu kimin idarə edəcəyi bəlli olub.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"la "Qəbələ" arasındakı oyunda Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadası fit çalacaq. Son vaxtlar prinsipial görüşləri yüksək səviyyədə idarə etməsi 45 yaşlı Yusifovun bu oyuna təyinat almasına səbəb olub.

Sabiq FIFA referisi komandalar arasında keçirilən son iki matçın da baş hakimi olub. O həm III dövrədə Qəbələdə keçirilən oyunda (2:0), həm də aprelin 9-da bu rəqiblər arasındakı son görüşdə (0:0) əsas söz sahibi olub. Həmin qarşılaşmalardan sonra tərəflərin heç birinin hakimlikdən şikayətlənməməsi təyinatda həlledici rol oynayıb. Hakimlər Komitəsi bu oyun üçün Yusifova alternativ kimisə görməyib.

Mayın 5-də keçiriləcək final matçı Naxçıvan şəhər stadionunda təşkil ediləcək (futbolpress.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right