Braziliyalılar məşqə çıxa bilməyiblər

Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə AZAL ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarına start verib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sarı-göylər”in bu günkü məşqi ADBTİA-nın stadionunda keçirilib. “Kəpəz”in məşqində yüngül zədəsi olan braziliyalılar - Renan Alveş və Dario Frederiko iştirak etməyib. 

Gəncə klubunun sabaha təyin olunan məşqi saat 10:30-da “İnter Arena”da olacaq. 

Qeyd edək ki, aprelin 23-də keçiriləcək AZAL – “Kəpəz” matçı saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right