PFL medalları Qəbələyə aparır

2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc və gümüş mükafatçıları Qəbələ şəhərində mükafatlandırıla bilər.

 
Newsport.az xəbər verir ki, bu barədə "Report”a Peşəkar Futbol Liqasının (PFL) direktoru Məlik Həsənov bildirib.

 

O, bildirib ki, aprelin 23-də XXVIII tur çərçivəsində keçiriləcək "Qəbələ” – "İnter” görüşünün yekununda meydan sahiblərinə gümüş, qonaqlara isə bürünc medalların təqdim edilməsi mümkündür. Bunun üçün isə meydan sahiblərinin 0:3 və ya 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzması lazımdır: "2016/2017 mövsümündə 2-ci və 3-cü yer üçün nəzərdə tutulan medallar Qəbələyə aparılacaq. Lakin PFL-in əyalətə hansı heyətlə yollanacağı dəqiq bilinmir. Hər şey nəticədən asılıdır. Uyğun hesab qeydə alınsa, "Qəbələ”yə gümüş, "İnter”ə isə bürünc medallar təqdim olunacaq".

 

Qeyd edək ki, "Qəbələ” hazırda 49 xalla 2-ci, "İnter” isə 43 xalla 3-cü pillədə qərarlaşıb. "Qırmızı-qaralar” ilk dövrədə paytaxt klubu ilə qolsuz bərabərə qaldığı halda, səfərdə keçirdiyi son iki qarşılaşmada 1:1 hesabı ilə heç-heçə etməklə yanaşı, rəqibini 2 cavabsız qolla üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right