"Canı çıxacaq özü ödəyəcək" Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov açıqlama verib.

 

Newsport.az xəbər verir ki, mütəxəssis Premyer Liqanın 26-cı turunda “Zirə”yə qarşı keçirdikləri matçda (1:1) komandanın yarımmüdafiəçisi Nicat Muxtarovun qarşılaşmanın baş hakimi Əliyar Ağayevi təhqir etməsini yol verilməz olduğunu bildirib. AFFA İntizam Komitəsi Muxtarovun bu hərəkətinə görə “Sumqayıt”ı 3200 manat məbləğində cərimələyib, oyunçuya 4 oyunluq cəza verib. Samir Abasov bildirib ki, həmin məbləği futbolçu özü ödəyəcək:

 

“Canı çıxacaq özü ödəyəcək. Həmin matçda hakim qarşılaşmanı çox yüksək səviyyədə idarə etdi. Bu, yol verilməzdir. Düzdür, son dəqiqələr idi, hamı gərgin idi, qapımıza penalti təyin edilmişdi. Amma bu o demək deyil ki, sən ağzına gələni danışmalısan. Buna gərək yox idi. Özü ödəyəcək həmin cəzanı. Bu da ona dərs olacaq. Bizim heyətdə təcrübəli futbolçular da var. Onlar məyus halda kənarda sakit dayanmışdılar. Nicat da özünü qat-qat təcrübəli futbolçular kim aparmalı idi. Bundan sonra Nicat Muxtarova bu, böyük dərs olar”.

 

Nicat Muxtarov açıqlamasında hakimi deyil, havanı söydüyünü bildirmişdi. Bununla bağlı Samir Abasov bu fikirləri səsləndirib:

 

“Havanı söymək də düzgün deyil. Hava şəraiti çox gözəl idi. Havanı söyübsə, buna  görə də cəzalandıracağıq”.

 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right