"Sumqayıt" "Qarabağ" üçün başladı

Premyer Liqanın növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt"  iki günlük istirahəti başa vurub.

Newsport.az xəbər verir ki, "kimyaçılar" baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da məşqə çıxıb. Uzun fasilədən sonra müdafiəçi Mikayıl Rəhimov kollektivlə birgə çalışıb. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. "Sumqayıt"ın növbəti məşqi sabah saat 11:00-da "Kapital Bank Arena"da olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu aprelin 23-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right