Şehiç 100-cü oyununu keçirdi

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, “İnter”lə 26-cı turun qarşılaşması bosniya və herseqovinalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub.  3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/14 mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.

 

O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İbrahimə qədər yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb.

 

Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right