"Turan Tovuz"un tarixində ilk dəfə

“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib.

 

Newsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.

 

İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
 
mövsüm    Çempion
1992    Nicat (Maştağa)
1993    Xəzri (Buzovna)
1993/94    Zabrat (Bakı) və Azneftyağ (Bakı)
1994/95    Şəmkir
1995/96    Sumqayıt
1996/97    Çinar (Göyçay)
1999/2000    Şahdağ (Quba)
2000/01    OİK (Bakı)
2001/02    Lokomotiv (İmişli)
2003/04    Gənclərbirliyi (Sumqayit)
2004/05    AMMK (Bakı)
2005/06    Gilan (Xanlar)
2006/07    Masallı
2007/08    Bakılı
2008/09    ABN-Bərdə
2009/10    Gəncə
2010/11    Abşeron (Bakı)
2011/12    Qaradağ Lökbatan
2012/13    Ağsu
2013/14    Araz-Naxçıvan
2014/15    Neftçala
2015/16    Neftçala
2016/17    Turan Tovuz

 

Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right