Mahir Mədətov Portuqaliya klubunda? AÇIQLAMA

“Qarabağ”ın gənc futbolçusu Mahir Mədətov adının Portuqaliyanın “Tondela” klubu ilə birgə hallanmasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, gənc hücumu “Qarabağ”la müqaviləsinin davam etdiyini və klubdan ayrılmaq niyyətində olmadığını deyib:

“Qarabağ”la müqaviləm var və ayrılıq haqda düşünməmişəm. Sözün düzü, oyundan sonra soyunub-geyinmə otağına düşəndə Maksim Medvedev zarafatla mənə dedi ki, “Portuqaliyaya gedirsən, xəbərimiz yoxdu”. Mən özüm də bu məsələni mətbuatdan oxumuşam, xəbərim yoxdu. Əlbəttə, Avropa klublarında oynamaq yaxşı haldır, amma güclü komandaların birində”. 

Gənc oyunçu komandasının ardıcıl 4-cü çempionluğundan danışıb:

“Bizim əsas fikrimiz “İnter”i məğlub etmək idi. Çünki “İnter” yeganə komandadı ki, bu mövsüm onları məğlub edə bilməmişdik. Çeempionluqdan daha çox “İnter”i məğlub etməyə köklənmişdilk. Şükürlər olsun ki, qələbə və çempionluq gəldi. Çempion olmaq bizim üçün olduqca xoşdur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right