"Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək hamının arzusudur" Riçard Almeyda

"Qarabağ" Premyer Liqada 2016/17 mövsümünün sonuna 2 tur qalmış çempionluğu təmin edib.
 
Newsport.az xəbər verir ki, Ağdam klubu bunu Premyer Liqanın 26-cı turunda "İnter"lə səfər matçında (0:3) reallaşdırıb. Matçdan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda əməkdaşımızın da suallarını cavablandırıb:

 

- 3 il əvvəlki kimi, bu il də çempionluq çətin oldu. Eniş dövrlərimiz də oldu. Məşqçilər heyəti və futbolçular sona qədər çempionluğa inandıq. Məşqçinin tapşırıqlarını bu gün yaxşı yerinə yetirdik. "İnter"i bu mövsüm məğlub etməmişdik. Bu qələbə xüsusi oldu.

 

- Bu mövsüm qələbəni daha çətin əldə etdiyinizi düşünmürsən?
- Razıyam. Bu il çətin oldu. Zədəlilər də çox oldu. Həmin futbolçuları əvəz edən oyunçular da yaxşı çıxış etdilər.

 

- Çempionlar Liqasında "Qarabağ" uğurlu çıxış edə biləcək?
- Hələ çempionat bitməyib. Kubokun finalı da var. Hələ çalışmaq lazımdır. Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək tək mənim yox, məşqçilərin, digər futbolçuların və azarkeşlərin də arzusudur. Çalışacağıq ki, bu arzunu reallaşdıraq.

 

- Düşünmürsüz ki, bu çempionluq kubokun final matçını daha da prinsipial edəcək?
- "Qəbələ"nin ustalıq səviyyəsi yüksək olan oyunçuları və güclü məşqçiləri var. Təbii ki, bizdə də belədir. Baş məşqçimiz güclü mütəxssisdir və yaxşı insandır. Bizə çox kömək edir və dəstək olur. Artıq 3 oyun qalıb. Həmin matçlara fikir verməliyik. Ümid edirəm ki, həmin gün daha yaxşı çıxış edib, qalib ayrılacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right