"Fikirləşməzdim ki, sona 2 tur qalmış çempion olacağıq" Rəşad Sadıqov

"Qarabağ" Premyer Liqada 2016/17 mövsümünün sonuna 2 tur qalmış çempionluğu təmin edib.

 

Newsport.az xəbər verir ki, Ağdam klubu bunu Premyer Liqanın 26-cı turunda "İnter"lə səfər matçında (0:3) reallaşdırıb. Matçdan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov əməkdaşımızın da suallarını cavablandırıb:

 

- Çox sevindirici haldır ki, çempion olduq. Bu il bu uğuru qazanmaq çox çətin oldu. "Qəbələ" də çox gözəl və layiqli bir mübarizə apardı. Hər iki komanda çempionluğa layiq idi. Sonda biz daha dəqiq olduq və lazım olan xalları qazandıq.

 

- "Qəbələ"nin Gəncədə uduzacağını gözləyirdiniz?
- Bu haqda qəti düşünmürdük. Bunu gözləmirdik. Oyundan əvvəl paltardəyişmə otağında bidlik ki, "Qəbələ" uduzub. Bizim üçün bu motivasiya olduq, çempion ola bilərdik. "İnter"lə də aramızda idman prinsipi var idi. Bu mövsüm bu rəqibi məğlub edə bilməmişdik. Çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, həm qələbə qazandıq, həm də çempion olduq.

 

- "İnter"dən revanş almaq üçün alışıb-yanırdız?
- Qəti olaraq onlardan revanş almaq fikrimiz yox idi. "İnter" çətin günlər keçirsə də çempionata rəng qatır, gözəllik verir. Oyun belə alındı. Bizdə belə istək yox idi ki, rəqibdən qisas alaq.

 

- Hansı çempionluq daha şirindi?
- Hamısının öz yeri var. Bu daha çətin qazanıldı. Bu mövsüm çox çətinliklər yaşadıq. İtkilərimiz də çox oldu. Çempionatın qırılma nöqtəsi o oldu ki, 4 oyuna 3 heç-heçə etdilər, halbuki bizdən 6 xal öndə idilər. Çətin çempionluq oldu. Fikirləşməzdim ki, sona 2 tur qalmış çempion olacağıq.

 

- "Qızıl dubl" edə biləcksiz?                        
- Heç vaxt qarşımıza məqsəd qoyulmayıb. Daha da inkişaf etmək və irəli getmək istəyirik. Əsas gözəl oyun nümayiş etdirməkdir.

 

- Artıq Çempionlar Liqası barədə düşünmək olar?
- Kubokun finalından sonra düşünmək olar.

 

- "Kəpəz" qalib gəlməklə "Qarabağ"a kömək etdi. Növbəti 2 turda onların borcunu qaytarmaq fikriniz var?
- Hazırda 4-5 komandanın şansı var. Həmişə olduğu kimi oyunumuzu oynayacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right