“Avropa klubları üçün çətin komanda olacağıq” Tahir Gözəl

Azərbaycan Premyer Liqasının XXVI turunda “İnter”i məğlub edən “Qarabağ” ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirib.

Newsport.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl əməkdaşımızın suallarını cavablandırıb:

- “Qarabağ” bu gün ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirdi. Fikirləriniz necədir?

- Bəli, “Qəbələ”nin Gəncədəki sürpriz məğlubiyyəti bizim çempion olmağımıza gətirib çıxardı. Düzü, Gəncədəki hesab mənim üçün sürpriz oldu, belə olacağını gözləmirdim. Bu gün çox möhtəşəm qələbə ilə çempionluğumuzu bayram elədik. Buna görəçox şadam. Başda ölkəmizin prezidenti İlham Əliyevi, xalqımızı və bütün “Qarabağ” sevərləri təbrik edirəm.

- Yəqin ki, bu dəfəki hədəfiniz də Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Necə düşünürsünüz, bunu bacarmaq olar?

- İnşallah. Biz bütün fürsətlərdən istifadə edəcəyik. Qurban Qurbanova bu yolda uğurlar arzu edirəm. Yəqin ki, baş məşqçimiz transfer məsələləri ilə məşğul olacaq. Ümid edirəm ki, komandamıza uyğun futbolçular tapa biləcəyik.  Mən hesab edirəm ki, bu dəfə də Avropa klubları üçün çətin komanda olacağıq. 

- Təbii ki, əvvəlki çempionluqlar da çətin olmuşdu. Bu dəfəki çempionluğun daha çətin olduğunu düşünmürsünüz?

- Doğrudur. “Qəbələ” bu mövsüm həqiqətən də möhtəşəm idi. Klublarımızın belə oyun göstərməsi bizə avrokuboklarda çox köməklik edəcək.

- Bir vaxtlar “Qarabağ”da aşağı yaş qrupları üzrə komandalardan yaxşı futbolçular üzə çıxdı. Amma son vaxtlar bunun şahidi olmuruq. Gələcəkdə aşağı yaş qrupları üzrə komandalara daha da ciddi önəm vermək fikrində deyilsiniz?

- Mən belə düşünmürəm. “Qarabağ”ın bütün komandalarında işlər gedir. Bizim çox istedadlı futbolçularımız var, bunu baş məşqçimiz Qurban Qurbanov da bilir. Əminliklə deyə bilərəm ki, aşağı yaş qruplar üzrə komandalarımızda gələəkdə bizə sürpriz edə biləcək istedadlı futbolçular var. Qurban müəllimə də demişəm ki, komandamızda yaxşı çıxış edən yetirmələrimizi görmək istəyirəm.

Xəbər lenti

Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right