"Hamı oynamaq istəyir" - Zaur Svanadze

Topaz Premyer Liqasının 26-cı turunda evdə “Qarabağ”a uduzan (0:3) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, gürcü mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

"Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bəzi çətinliklərimiz var idi. Müdafiədə problemlərimiz var idi. Xüsusilə müdafiənin cinahlarında, İlkin Qırtımov və Slavik Alxasovun yoxluğu öz təsirini göstərdi. Yaxşı ki, vaxtından əvvəl 3-cü pilləni təmin etdik. Yoxsa bizim üçün çətin olardı".

- Növbəti iki tur “İnter” üçün hansı əhəmiyyət kəsb edəcək?

- Növbəti iki oyunda ola bilsin, gənc oyunçulara üstünlük verək. Oyunçular çox yorulublar. Bizdə həm də, transfer qadağası var. Gənc oyunçulara şans verilməsi həm də bu cəhətdən əhəmiyyət kəsb edir.

- Rauf Əliyev əvəzlənərkən, sərt şəkildə etiraz etdi. Bununla bağlı onunla söhbət edəcəksiz?

- Elə də ciddi etiraz etmədi. Hamı oynamaq istəyir. Sadəcə, o, yorulmuşdu, buna görə onu əvəz etdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right