Media Komitəsini KİV nümayəndələri ilə görüşü keçirilib

Aprelin 15-də AFFA-nın konfrans zalında AFFA yanında Media Komitəsinin İdarə Heyətinin yeni tərkibinin komitə üzvü olan KİV nümayəndələri ilə görüşü keçirilib. Rekord.az, sportarena.az, komanda.az, supersport.az, newsport.az, futbolmedia.az və korner.az saytlarının nümayəndələrinin qatıldığı görüşdə Media Komitəsinin qarşıdakı fəaliyyəti istiqamətində və layihələrlə bağlı müzakirələr aparılıb, sayt nümayəndələrinin fikir və təklifləri dinlənilib. AFFA yanında Media Komitəsinin İdarə Heyəti komitə üzvü olan KİV-dən gələcəkdə belə görüşlərə həssas yanaşmağı və iştirak etməyi tövsiyyə edir. 
Daha sonra Mahir Rüstəmli, İlqar Tağıyev, Elçin Cəlilov, Araz Əhmədov, Vüqar Xeyrullayev və Rüstəm Piriyevin iştirakı ilə İdarə Heyətinin iclası keçirilib. İclasda cari məsələlər müzakirə olunub. Həmçinin, aprelin 17-18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tanınmış təlimçi Dan Meysonun iştirakı ilə “Sürətin Nəbzini Tut” adlı Futbol Jurnalistikası Təlimində iştirak edəcək jurnalistlərin siyahısı təsdiqlənib. Təlimdə aşağıda adları çəkilən jurnalistlər iştirak edəcəklər:
1. Elçin Cəlilov (futbolpress.az)
2. Emin Abbasov (sportal.az)
3. Ceyhun Əliyev (sport24.az)
4. Kənan Məstəliyev (rekord.az)
5. Şəfi Şəfiyev (Futbol+)
6. Vüsal Yalçınoğlu (sportarena.az)
7. İlkin Məmmədov (korner.az)
8. Ruslan Mikayıllı (azerisport.com)
9. Qurban Qurbanov (prosport.az)
10. Faiq Tahirov (futbolpress.az)
11. Emil Vəliyev (idman365.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right