“Əsas olan qarşımıza qoyulan məqsədə çatmaqdır” Elvin Məmmədov

“Əlbəttə, məğlub olduğun oyunda son dəqiqələrdə qol vurmaq sevindirici haldır. İnanıram ki, qazandığımız 1 xal Avropa Liqası yolunda bizə çox köməklik edəcək”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “Zirə”nin kapitanı Elvin Məmmədova məxsusdur.

“Qartallar” Azərbaycan Premyer Liqasının XXVI turunda avrokubok yolda əsas rəqib sayılan “Sumqayıt”la heç-heçə edib – 1:1.

Matçdan sonra saytımıza açıqlama verən Məmmədov qələbə qazanacaqları oyun olduğunu deyib:  “Əlbəttə, xalsız qalmaqdansa, 1 xal qazanmaq yaxşı nəticədir. Oyunun ilk hissəsində üstünlük bizdə idi, qol vurmaq üçün bir neçə imkanımız oldu. Amma dəyərləndirə bilmədik”.

Yarımmüdafiəçi avrokuboklara vəsiqə uğrunda sonra qədər döyüşəcəklərini vurğulayıb: “Sumqayıt”ın son 2 turdakı rəqibi “Qarabağ” və “Qəbələ”dir. Amma düşünmürük ki, “Sumqayıt” asan təslim olacaq, futbolda hər şey mümkündür.  Biz “Sumqayıt”ın oyunlarına yox, öz oyunlarımıza baxmalıyıq, qarşıdakı 2 oyunda maksimum nəticə əldə etməliyik”.  

Kapitan “Zirə”nin avrokuboklara vəsiqə qazanacağı təqdirdə, uğurlu çıxış edəcəyinə inanır: “Vallah, nə deyim? Üçüncü dövrədən sonra baş məşqçimiz gəldi, bundan sonra daha da uğurlu çıxış etməyə başladıq. Avrokubok oyunları isə çempionatdan olduqca çətindir. Əsas olan qarşımıza qoyulan məqsədə çatmaqdı. Yəqin ki, avrokuboklara vəsiqə qazansaq, heyətimiz də gücləndirilər”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right