"Qarabağ" ardıcıl 4-cü dəfə çempion oldu! YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasıda 26-cı tura yekun vurulub və çempionun adı rəsmiləşib.
 

Newsport.az-ın məlumatına görə, günün ilk matçın Gəncədə keçirilib. Çempionluq şansı az da olsa qalan “Qəbələ” "Kəpəz"lə matçda gözlənilmədən uduzub – 0:2.
 
Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. “Kəpəz” – “Qəbələ” oyunundan sonra Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib. Ümumilikdə isə bu, Ağdam klubunun 5-ci çempionluğu olub.

Azərbaycan Premyer Liqası

XXVI tur

16 aprel (bazar)

16:00. “Kəpəz” - “Qəbələ” - 1:0 
Qol: 
Julien Ebah, 70 
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu

18:30.“İnter” - “Qarabağ” 0-3

Qollar: Mahir Mədətov, 4, Dino Ndlovu, 54,79
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
"İnter Arena"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right