Elxan Abdullayev: "Xal itkisindən söhbət gedə bilməz"

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Neftçi" - AZAL matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev qələbəni şərh edib.

- Komandamız bu gün layiqli qələbə qazandı. Futbolçularımı təbrik edirəm.

- Adətən oyundan sonra azarkeşlərin yanında gedib, əl çalırdız. Amma bu dəfə olanları kənardan izlədiniz...

- Mən heç vaxt tribunaya getmirəm. Mənim azarkeşlə nə işim var? Azarkeş sağ olsun ki, komandanı dəstəkləyir.

- Düşünmürsüz ki, "Zirə" ilə oyun sizin üçün finala bərabərə olacaq?

- 4 komanda arasında gərgin mübarizə gedir. Burada xal itkisindən söhbət gedə bilməz. Biz son iki oyunumuzu qələbə ilə başa vurmağı düşünürük. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.

- Nəsə bikef görünürsüz...

- Nəyə sevinməliyəm ki?

- Komandanız 4:0 hesabı ilə qalib gəlib axı...

- Komandam əvvəlki oyunlarda da qalib gəlməliydi... (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right