Samir Abasov: "Futolçunu meydana buraxanda 2-3 rukət namaz qıldırmıram"

Azərbaycan Premyer Liqasında baş tutan “Sumqayıt” – “Zirə” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov fikirlərini bildirib.

O, öncə oyun haqda danışıb: Oyuna pis başladıq. Şükürlər olsun ki, ikinci hissədə özümüzü toparladıq. Düzgün müdafiə olunduq, rəqibə imkanlar vermədik. İkinci hissədə top saxlamağa çalışdıq ki, bunun öhdəsindən gəldik. Elə fiziki gücdəyik ki, hətta 3 hissə də oynaya bilərik. Oyuna çıxanda uşaqlara səbrli olmağı tapşırmışdım. Əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq, qələbəni əldən verdik. Ən azından xal itirməmişik, buna şükr edirik. Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız qalıb, son qədər belə mübarizə aparacağıq.

- Bu gün sağ cinahda problemi həll edə bilmədiniz.

- Çox təəssüf olsun ki, bu mövsüm sağ cinahı düzəldə bilmədik.

- “Sumqayıt” bu yarımmüdafiə xətti ilə Avropa Liqasında hansı uğuru qazana bilər?

- Çox çətindir. Sadəcə, “Sumqayıt”ın adına bir şey yazılsın deyə, çalışırıq. Avropa Liqasında bizi nə çətinliklər gözləyir, onu Allah bilər. Əsas olan vəsiqəni qazanaq, sonrasına baxarıq.

- Bəhlul Mustafazadə Allahın varlığına inanmır. Sizin buna münasibətiniz necədir?

- Belə şeyə fikir vermirəm. Mənə başla oynaya biləcək futbolçu lazım idi. Futolçunu meydançaya buraxanda, 2-3 rukət namaz qıldırmıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right