Oruc Balaşlı: "Yəqin ki, divizionda oynadığım üçün çağırmaq istəmirlər"

Azərbaycan I divizonun 24-cü turunda “Zaqatala” doğma meydanda “Səbail”lə 1:1 hesablı bərabərlik əldə edib.

Newsport.az-ın məlumatına görəmatçdan sonra “Zaqatala”nın hücumçusu Oruc Balaşlı jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna yaxşı hazırlaşmışdıq. Vacib oyun idi. Bu matçda qalib gəlmək istəyirdik. Matça yaxşı başlamışdıq, amma sonradan fiziki cəhətdən “çatdırmadıq”.

- İlk hissədə daha yaxşı oyun nümayiş elətdirdiz. Hətta qol da vurdunuz. İkinci hissədə nə baş verdi ki, oyununuz alınmadı?

- Bir neçə səhv etdik. Rəqib də bundan istifadə etdi. Dediyim kimi, fiziki cəhətdən tükənmişdik.

- Hazırda 5-ci pillədə qərarlaşmısını, azarkeşlər isə Premyer Liqa arzulayırlar. Amma işinizi çətinə  saldınız. Bu barədə nə deyə bilərsiz?

- Düzdü, işimiz çətindi. Amma qarşıda oyunlarımız var. Çalışacağıq ki, son oyunlarda daha yaxşı nəticələr əldə edək və azarkeşlərimizi sevindirək. İstəyirdik ki, ilk 2 pillədə qərarlaşaq. Amma alınmadı. Əlimizdən gələni edəcəyik ki, ən azından 3-cü pilləyə yüksələk.

- I Divizionda bombardir olsan da, İslamiadada da milliyə çağırılmadın. Bu, sənə nə dərəcədə təsir etdi?

- İstəyirdim ki, millinin heyətində iştirak edim. Amma bu barədə mənimlə heç kim əlaqə saxlamadı. Bu, baş məşqçinin fikridir. Yəqin ki, divizionda oynadığım üçün çağırmaq istəmirlər.

- Son vaxtlar “Zaqatala” azarkeşləri baş məşqçini istefaya səsləyirlər. Səncə, uğursuzluğun səbəbi baş məşqçidir, ya başqa problemlər var?

- Komandada işlər pis gedəndə həmişə məşqçini günahlandırırlar. İkinci dözrə fiziki cəhətdən pis oynadıq. Fiziki cəhətdən zəifləmişdik.

- Bir neçə aydır ki, maaşlarınız verilməyib...

- İstər-istəməz bizə bunun da təsiri var. Hələ də verilməyib.

- Bu amilin komandanın uğursuzluğuna səbəb olduğunu düşünmək olarmı?

- Bunun təsiri var, amma tam olaraq, buna bağlamaq olmaz.

idmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right