"Neftçi"dən darmadağınla qalib gəldi, "Sumqayıt" qələbəni əldən verdi YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
 
Həftənin açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Zirə” arasında olacaq. Bu duel Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb edir. Çünki hazırda 32 xalla "dördlüy”ü qapayan qonaqlar ən yaxın izləyiciləri olan meydan sahiblərini cəmi bir xal qabaqlayırlar. Bu isə o deməkdir ki, "Sumqayıt” qalib gələcəyi halda "Zirə”ni keçəcək. 
 
"Neftçi”nin isə AZAL ilə oyuna hansı əhval-ruhiyyə ilə çıxması Sumqayıtdakı görüşdə asılıdır. Çünki "gənclər şəhəri”ndə qonaqlar 3 xal əldə edəcəkləri təqdirdə "ağ-qaralar” Avropa Liqasına vəsiqə qazanmaq üçün nəzəri şanslarını da itirəcəklər. Bunun baş verməməsi üçün şəxsi görüşlərin ümumi nəticəsinə görə "Neftçi”dən üstün olan "Zirə”nin büdrəməsi zəruridir.
 
 
Azərbaycan Premyer Liqası 
XXVI tur
15 aprel (şənbə)
 
18:30.“Neftçi” – AZAL - 4:0 
Qollar: 
Zdenek Folbrext, 14, Daniel Soqavia, 17, İqnasio Herrera Fernandes, 35,Rəhman Hacıyev, 55
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
8-ci kilometr qəsəbə stadionu

16:30. “Sumqayıt” – “Zirə” - 1:1 
Qol: 
Mirabdulla Abbasov, 83 (1:0), Milan Duriç, 90+4-pen (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
Sumqayıt. Şəhər stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right