"Qəbələ" Türkiyədə 3 qələbə qazandı

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup” turnirində növbəti mərhələlərin oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, İzmirdəki yarışda mübarizə aparan “Qəbələ”nin U-12 komandası öncə 1-32-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayıb. 

E qrupunda çıxış edən Zaur Hacıyevin komandası “Altay”a (Türkiyə) 0:3, “Krasnodar”a (Rusiya) 0:1 hesabı ilə uduzub. Son turda “İnegölspor”la (Türkiyə) qarşılaşan “qırmızı-qaralar” Ömər Qurbanovun qolu ilə qalib gəlib – 1:0. 

Bu qələbə “Qəbələ”ni yüksək yerlər tutması üçün kifayət etməyib. Qrupda 4-cü olan komanda növbəti mərhələdə 17-32-ci yerlər uğrunda mübarizə aparmalı olub. “Qəbələ” bu raundda C qrupundakı ilk rəqibi “Antalyaspor” (Türkiyə) üzərində 4:0 hesablı qələbə qazanıb. Eşqin Əhmədov və Okan Təhməzli hərəyə 2 dəfə fərqləniblər. Kosovonun “El Klassiko” klubunu 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar”  Murad Musayevin 2, Ömər Qurbanovun 1 qoluna sevinib. Qrupdakı son rəqib “Gümüşordu” (Türkiyə) olub. Elmir Hüseynli və Okan Təhməzlinin qolları "Qəbələ"yə 2:1 hesablı qələbə qazandırıb. Ardıcıl 3 qələbə qazanan “Qəbələ” bu qrupda 1-ci yeri tutub.

Sabah keçiriləcək final mərhələsində “Qəbələ” 17-24-cü yerlər uğrunda mübarizə aparacaq. Bu mərhələdə B qrupunda çıxış edəcək komanda “Tuzlaspor”, “Hamborn” və “Şiltigeym” ilə qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right