Kamran istirahətdə, Emin oynayacaq?

Bu gün Portuqaliya Premyer Liqasında 29-cu tura start veriləcək.

 

Newsport.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” evdə “Pasuş Fereyra” ilə qarşılaşacaq.

 

Mövsümün sonunda Portu təmsilçisindən ayrılacağını açıqlayan Kamran Ağayev bu oyunda da kənarda qalacaq. Emin Mahmudovun isə iştirakı gözlənilir.

 

Qeyd edək ki, sözügedən matç 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right