UEFA-nın reytinq siyahısı açıqlandı "Qarabağ" ən yaxşımızdı

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Newsport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında cüzi dəyişikliklər olub.
 
"Monako", "Real", "Yuventus" və "Atletiko" klubları qələbələr sayəsində reytinqdəki vəziyyətini yaxşılaşdırıb. 453 klubun yer aldığı siyahıya yenə “Real”ı başçılıq edir. "Real"a 1:2 hesabı ilə məğlub olan “Bavariya” 2-ci pillədədi. İspaniyanın digər iki təmsilçisi “Barselona” 3-cü, “Atletiko” 4-cüdü. "Yuventus" isə 5-ci pillədə qərarlaşıb.

 

Qitənin ali futbol qurumu siyahıya 453 klubun adını daxil edib ki, onların arasında 7 Azərbaycan komandası da var.
 
Təmsilçilərimizin arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 18.050 xalla 106-cı sırada qərarlaşıb.
 
9.800 reytinq xalına sahib “Neftçi” 162, 7.800 xalı olan “Qəbələ” 185, 6.050 xalla “İnter” isə 229-cu sırada yer alıb.
 
277-ci pillədə məskunlaşan “Xəzər Lənkəran”ın 4.550, 289-cu “Kəpəz”in 4.050, 307-ci “Bakı”nın isə 3.800 reytinq xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right