Qurban Qurbanov üçün əlamətdar gün

Bu gün "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

 

Newsport.az xəbər verir ki, mütəxəssisin 45 yaşı tamam olur.

 

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub. Futbolun sirlərinə  Zaqatalanın “Daşqın” komandasında yiyələnib. Karyerası ərzində “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” və “İnter” klublarında çıxış edib.  Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

 

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 

 

2006-cı ildə “Neftçi” klubunda məşqçilik fəaliyyətinə başlayıb.

 

Qurbanovun məşqçi kimi ən böyük uğurları "Qarabağ"da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında "Qarabağ" ardıcıl üç dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

 

Newsport.az saytının kollektivi doğum günü münasibətilə Qurban Qurbanovu təbrik edir, ona şəxsi həyatında və məşqçilik karyerasında yeni-yeni uğurlar arzulayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right