"Qəbələ "Ayntraxt"la üz-üzə

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Türkiyədə keçirilən “İzmir cup”da qüvvəsini sınayacaq. Komandamız aprelin 13-də start götürəcək turnirdə H qrupunda mübarizə aparacaq. “Qəbələ” qrupdakı bütün oyunlarını həmin gün keçirəcək. Öncə “Berqama İzmir”, ardınca “Kamalpaşa 1923”lə üz-üzə gələcək komandamızın 3-cü rəqibi Almaniyanın “Ayntraxt” (Essen) klubu olacaq. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda son iki matçında “Altınordu” və Muğla yığması ilə qarşılaşacaq. Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcək ki, bu raundun oyunları aprelin 14-15-də keçiriləcək.

“Qırmızı-qaralar” turnirə aşağıdakı heyətlə yollanıb: Okan Təhməzli, Nihad Xəlilli, Eşqin Əhmədov, Elmir Hüseynli, Elvin Qarayev, Sami Əmiraslanov, Murad Musayev, İzaxar İzaxarov, Ömər Qurbanov, Zəfər Bayramov, Samir Ağayev, Məmməd Muradov, İlkin Rəcəbli,  Məhəmməd Fəhlulov, Rəvan Abdulllayev, Hüseynağa Səlimov, Rüfət Bədəlzadə, Murad Ələkbərov.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right