Millimizin üzvü Bundesliqa klublarının hədəfində

Milli komandamızın və Almaniya 2-ci Bundesliqasında çıxış edən "Aue" klubunun üzvü Dmitri Nazarov yeni mövsümdən etibarən Bundesliqada çıxış edə bilər.

 

Newsport.az xəbər verir ki, qış fasiləsindən sonra yüksək səviyyədə çıxış edən yarımmüdafiəçi Bundesliqa klublarının diqqətini özünə çəkməyi bacarıb. 27 yaşlı futbolçu buna ən çox millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirilən matçda (1:4) nail olub.

 

Adı açıqlanmayan Bundesliqa klubları Nazarovun performansı ilə yaxından maraqlanırlar.

 

Qeyd edək ki, Nazarov 2-ci Bundesliqada 22 oyun keçirib və 7 qol, 1 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right