Cari mövsümün rekordu qeydə alındı 20 300 azarkeş

Azərbaycan Premyer Liqasının 25-ci turu üçün azarkeş sayı məlum olub.

 

Newsport.az xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Neftçi” oyununu (2:0) 10000 azarkeş tribunalardan izləyib.

 

Ən az azarkeş isə Şüvəlanda, “AZAL Arena”da qeydə alınıb. Burda baş tutmuş AZAL - “Sumqayıt” matçını (1:2) cəmi 300 tamaşaçı izləyib.

 

Turun, həm də mövsümün mərkəzi oyunu olan, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş “Qarabağ” - “Qəbələ” oyununda (0:0) isə 8000 tamaşaçı qeydə alınıb.

 

Zirə idman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “İnter” qarşılaşmasını (1:1) 2000 tamaşaçı izləyib. Maraqlıdır ki, bu stadionun azarkeş tutumu 1300 nəfərdi. Lakin oyunun AFFA nümayəndəsi Ramiz Abdullayev matça 2000 azarkeşin gəldiyini qeyd edib.

 

Ümumilikdə, turun 4 oyununu 20300 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 5075 tamaşaçı deməkdi. Bu, cari mövsümdə qeydə alınmış ən yüksək göstəricidi. Əvvəlki ən yüksək göstərici 6-cı turda qeydə alınmışdı (cəmi 15938, orta hesabla 3984).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right