Mövsümün yeni rekordu

Azərbaycan Premyer Liqasının 25-ci turu bu gün baş tutan iki görüşlə geridə qaldı.

Newsport.az-ın məlumatyına görə, bununlada bu turun azarkeş sayı məlum olub.

Turun ən çox azarkeş sayı Gəncədə qeydə alınıb. Belə ki, "Kəpəz" və "Neftçi"nin 4-cü pillə uğurunda savaşını Gəncə şəhər stadionundan 10000 azarkeş tribunalardan izləyib.

Turun mərkəzi oyunu “Qarabağ” - “Qəbələ” oyununda (0:0) isə 8000 tamaşaçı qeydə alınıb.

Digər matç - AZAL - "Sumqayıt" oyununda isə ən az tamaşaçı qeydə alınıb. Şüvəlanda baş tutmuş matçı cəmi 300 tamaşaçı izləyib.

Zirə idman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “İnter” qarşılaşmasını (1:1) 2000 tamaşaçı izləyib.

Ümumilikdə, turun 4 oyununu 20300 azarkeş stadionlardan tamaşa edib. Bu cari mövsümdə qeydə alınmış. ən yaxşı göstəricidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right