“İnter” "bürünc"ü təmin etdi

Bakının “İnter” klubunun 2016/17 mövsümündə Azərbaycan Premyer Liqanı mükafatla başa vuracağı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, bu gün ən yaxın izləyəcisi “Zirə” ilə heç-heçə edən “İnter” xal ehtiyatını 43-ə yüksəldib və aradakı fərqi 11-ə qaldırıb. Beləliklə, mövsümün son üç oyununun nətiəsindən asılı olmayaraq, “İnter”in çempionatı ən azı 3-cü yerdə başa vuracağı qətiləşib.

Bundan başqa, paytaxt təmsilçisinin nəzəri olaraq ikinci yer şansı da qalır. Belə ki, çempionatın sonuna üç tur qalmış “İnter”i ikinci pillədəki “Qəbələ”dən altı xal ayırır. Bu isə o deməkdir ki,  “İnter” son 3 turda 7 xal qazanmalı, “Qəbələ” isə bütün oyunları uduzmalıdır. Amma bu, hazırkı vəziyyətdə möcüzə kimi görünür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right