Millimiz Albaniyaya 5 qolla qalib gəldi VİDEO

Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.
 
Newsport.az xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib. Matç millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə yığmamız qrup lideri olub.
 
Turun digər oyununda Bosniya və Herseqovina Macarıstanla heç-heçə edib - 2:2.
 
Qeyd edək ki, Biro Jadenin baş məşqçi olduğu komanda ilk turda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə yenib. Albaniya isə Macarıstana uduzub - 3:4.
 
Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu
 
Azərbaycan - Albaniya - 5:0
Qollar:
 Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right