"Azərbaycan Premyer Liqasında gərginlik yox idi" Samuel Armenteros

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros açıqlama verib.

 

Newsport.az xəbər verir ki, Hollandiya Eredivizyasında “Herakles”in heyətində bu mövsüm xarüqələr yaradan isveçli forvard “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində ölkəsinin “Göteborq” klubuna qarşı keçirdiyi oyunu xatırlayıb:

 

“Göteborq” çox yaxşı komanda idi və yaxşı irəliləmişdi. Əsas oyunda “Qarabağ”la qarşılaşacaqdılar. “Qarabağ”da oynadığım üçün məndən necə klub olduğu haqda tez-tez soruşurdular. Mən isə belə cavab vermişdim: “Qarabağ”ın yaxşı əcnəbi futbolçuları var. Braziliyalı və ispan legionerlər komandanın əsas sialhları idi. Dediklərim özünü doğrultdu”.

 

Armenteros Azərbaycandakı karyerasından da danışıb:

 

“Baş məşqçimiz Premyer Liqa matçlarında demək olar ki, bütün oyunlarda mənə şans verdi. Çempionatda 7 qol vurdum. Deyərdim ki, pis nəticə sayılmamalıdı. Azərbaycan Premyer Liqasında gərginlik yox idi. Bu səbəbdən də “Qarabağ” çox asan şəkildə çempion oldu”.

 

Qeyd edək ki, Armenteros ötən mövsüm “Qarabağ”da çıxış edib və 2016-cı ilin yayında Hollandiyanın “Herakles” klubuna keçib. 26 yaşlı forvard Erediviziyada 16 qol vurub və bombardilər siyahısında 4-cüdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right