Azərbaycan komandası Türkiyədə birinci oldu FOTOLAR

Azərbaycanın "Vətən" klubunun 10 yaş komandası Türkiyədə uğura imza atıb.

Newsport.az-ın məlumatına görə, komanda qardaş ölkədə 10 yaş kateqoriyasında ən böyük turnir olan "10 Champions Trophy"nin Türkiyədə keçirilən seçmə mərhələsininin qalibi olub.

"Vətən" 40 ölkənin iştirak etdiyi turnirdə 1/16, 1/8 və 1/4 final mərhələsinə asanlıqla yüksəlib. Komandamız yarımfinalda "Çanakkale Selection"a 8:1 hesabı ilə məğlub edərək finala çıxıb. Finalda "Beylikgücü"nə 7:0 hesabı ilə qalib gələn "Vətən" kubokun sahibi olub.

Bununla da komandamız 16-18 iyunda Avstriyada keçiriləcək "10 Champions Trophy" turnirinin final mərhələsinə vəsiqə qazanıb. "Vətən"in bu turnir üçün bütün xərclərini seçmə mərhələsinin təşkilatçısı Altınordu klubu tərəfindən ödəniləcək.

Qeyd edək ki, "Vətən"ə kubokla birgə, təyyarə biletləri də hədiyyə edilib.

 




























 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right